Məşhur telekanaldan SENSASİON məlumat: Britaniya lüks avtomobilləri Azərbaycan üzərindən Rusiyaya necə daşınır…

  • By admin
  • 12 Mart 2024 11:53

Sanksiyalara baxmayaraq, Britaniya istehsalçılarının bahalı avtomobilləri Azərbaycan kimi üçüncü ölkələr vasitəsilə idxal yolu ilə Rusiyaya çatmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə material Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

Telekanalın jurnalistləri qeyd ediblər ki, Qərbin sanksiyaları tətbiq edildikdən sonra belə, dəyəri yüz milyonlarla funt sterlinq olan elit Britaniya avtomobilləri dairəvi yollarla, üçüncü ölkələrdəki vasitəçilər vasitəsilə Rusiyaya gətirilməkdə davam edir.

Xüsusilə, 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı tammiqyaslı müharibənin başlanmasından əvvəlki beş illik dövrlə müqayisədə demək olar ki, 2000 faiz artıb ki, bu da tamamilə görünməmiş bir sıçrayışdır.

Ölkə gözlənilmədən Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq, ümumi məhsul üzrə Britaniyadan 16-cı ən böyük avtomobil idxalçısı olub.

“Kəmiyyət baxımından bu, sanksiyalar tətbiq olunana qədər Britaniya avtomobillərinin Rusiyaya illik ixracına uyğundur. Eyni zamanda, biz Azərbaycandan Rusiyaya avtomobil ixracında görünməmiş artım müşahidə etdik”, – məlumatda bildirilir.

HMRC-nin məlumatlarından bəlli olur ki, Azərbaycana ixrac edilən Britaniya avtomobillərinin orta qiyməti 100 min funt-sterlinqdən çoxdur, yəni söhbət lüks avtomobillərdən gedir.

Jurnalistlərə danışan mənbələr Rusiyaya alman avtomobillərinin əsasən Qırğızıstan, Britaniya avtomobillərinin isə Azərbaycan üzərindən daşındığını bildirir.

Avtomobil istehsalçıları öz məhsullarını Rusiyaya satmadıqlarını iddia edirlər. Məlumatda qeyd edilir ki, əslində, mallar Azərbaycana çatdıqdan sonra real son alıcını tapmaq və onları izləmək demək olar ki, mümkün deyil.

Litva xüsusi xidmət orqanları bu yaxınlarda Rusiyaya sanksiyalardan yayınmağa kömək edən şirkətləri də aşkarlayıb.

Finlandiyada Rusiyaya qarşı sanksiyaları pozan sahibkara şərti cəza və cərimə kəsilib.

 

Gununsesi.info