Məşhur türkiyəli aktrisa dünyasını dəyişdi - FOTO

Məşhur türkiyəli aktrisa və aparıcı Billur Kalkavan dünyasını dəyişib.

Bir müddətdir səhhətində problemlər yaşayan aktrisanın xərçənglə mübarizə apardığı məlum olub.

Billur Kalkavan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Kalkavanın yaxın dostu Hamdi Alkan xəbəri təsdiqləyib.

“Təəssüf ki, uduzduq. Bundan artıq tab gətirə bilmədi. Çox təəssüf edirəm. Çox sevdiyimiz dostumuz idi”, – deyə Alkan bildirib.