Məşhur vəkil banklara borcu ödəməyin yolunu göstərdi - ŞOK YENİLİK

  • By admin
  • 02 Oktyabr 2017 18:18

kredit

Bu günə qədər Avropa İnsan Hüquqları Məhkəməsində onlarla şikayətlərin təmin olunmasına nail olan məşhur vəkil Əsabəli Mustafayevin Azərbaycanda banklara borcunu ödəyə bilməyənlərə də müjdəsi var.

Gununsesi.az-ın xəbərinə görə, tanınmış vəkil bildirib ki, banklara borcu olduğuna görə, məhkəmənin qeyri-adekvat qərarı ilə üzləşən bir neçə vətəndaşın Strasrburq Məhkəməsinə yolladığı şikayəti üzrə kommunikasiya başlayıb.

esabeli

“Avropa Məhkəməsi yüzminlərlə şəxsə aid ola biləcək 3 iş üzrə kommunikasiya başlayıb. Bu işlərdəki ərizəçilərin banklara kredit borcları vardır və həmin kreditlərin onlardan tutulması barədə məhkəmə qərar verib. Lakin həmin şəxslər işsiz olduqlarından krediti yenə ödəyə bilməyiblər. Məhkəmə qərarının icra olunmamasına görə bu şəxslərə inzibati həbs tədbiri tətbiq olunub. ƏrizəçilərAvropa Məhkəməsinə şikayət ediblər ki, qanunda üzürsüz səbəbdən məhkəmə qərarının icra olunmamasına görə məsuliyyət nəzərdə tutulub. Maraqlı iş olacaq. Hesab edirəm ki, Avropa Məhkəməsi pozuntunu tanıyacaq və ərizəçilər aldıqları kompensasiya hesabına kredit borclarını bağlaya biləcəklər”.

Qeyd edək ki, hər üç işi tanınmış vəkillə yanaşı vəkil Əkrəm Həsənov da Avropa Məhkəməsində müdafiə edir.

Gununsesi.az