Məşhur vəkil həbsdəki icra başçısı ilə Vüqar Səfərlini müqayisə edib

  • By admin
  • 17 Yanvar 2021 21:44

Tanınmış vəkil Bəhruz Bayramov hüquqlarını müdafiə etdiyi Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla bu günlərdə həbs edilən sabiq KİVDF rəhbəri Vüqar Səfərlini müqayisə edib.

Gununsesi.info vəkilin sosial şəbəkə hesabındakı həmin qeydləri təqdim edir:


Vüqar Səfərov həbs olundu, əslində onun həbsi qanuna uyğun idi. Vüqar Səfərovun təqsirləndirildiyi maddələrindən biri Saleh Rüstəmovla eynidir. AR-sı CM-nin 193-1.3.1, 193- 1.3.2-dir, yəni eynidir. Gəlin tərəziyə qoyaq. (Məşhur “Mehman” filmində olduğu kimi).

Saleh Rüstəmov xidmətləri 1992-1993-cü illər Gədəbəy rayonunun İcra Başçısı işləyib.
1) Ermənilər tərəfindən 6nəfər girov götürülən şəxsləri azad etdirib.
2) Qardaşlarına həmin vaxtlar Gədəbəydə hər hansı bir biznes fəaliyyətinə qadağa qoyub(baxmayaraqki, 1988-ci ildən bu fəaliyyətlə məşğul idilər)
3)Gədəbəy rayonunda yerləşən məşhur “Başkənd” əməliyyatının əsas təşkilatlarından biri olmuşdur. Bu əməliyyat nəticəsində 46kv km torpaq sahəsi azad olunmuşdur.
4)Heç vaxt vətənimizdə biznes ilə məşğul olmamışdır və bu torpaqdan gəlir, rüşvət əldə etməmişdir. Əksinə məhbus ailələrinə yardım etmişdir.
İndi görək Vüqar Səfərov bu millət üçün nə edib?

Gununsesi.info