Məşhur vəkil təzyiqə məruz qalır

  • By admin
  • 25 Sentyabr 2020 18:10
Azərbaycanın tanınmış vəkili Elçin Sadıqov vəkillik fəaliyyətinə yaradılan maneədən yazıb.
Gununsesi.info vəkilin sosial şəbəkə hesabına istinadən qeydlərini təqdim edir:
“Repressiya davam edir!!!
15 yanvar 2020-ci ildə barəmdə yeni intizam icraatı başlamışdı. Səbəb isə 15 iyul 2019-cu il tarixdə ölkədən deportasiyasının ləğv edilməsinə nail olduğum, 08 yanvar 2020-ci il tarixdə ölkədə bir illik yaşamasına icazə verildikdən bir gün sonra mənim barəmdə Vəkillər Kollegiyasına Gürcüstan vətəndaşı Janashia Leila-nın şikayət etməsi idi.
Qarşı tərəfin nümayəndəsi Zümrüd Məmmədova vəkili isə Elçin Qəmbərov idi. Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, iş 2(009)-1179/2020 saylı qətnaməsi ilə və Yasamal Rayon Prokurorluğunun 30 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə mənim əməlimdə heç bir qanun pozuntusu aşkar edilməməsinə baxmayaraq bu gün qanunsuz olaraq, hüququn aliliyi prinsipinə zidd olaraq mənə töhmət elan edildi və yenə də fərdi fəaliyyətim öz razılğım olmadan ləğv edilərək 14 saylı hüquq məsələhətxanasına köçürülməyim barədə qərar qəbul edildi.
VK RH bildirdi ki, mən müqaviləni 17 may 2019-cu il tarixdə bağladığım halda orderin tarixni 14 may 2019-cu il tarix yazmışam. Halbuki məndə olan kötükdən görünür ki, həmin order 17 may 2019-cu il tarixdə verilib. Tərəf etibarnaməni mənə 14 may 2019-cu il tarixdə verib.
Janashianın işi uğurla bitdikdən sonra, onun rəfiqəsi mənə mənim razılğım olmadan digər şəxslərlə birlikdə etibarnamə verib. Mən də onlarla müqavilə bağlamaqdan imtina etmişəm. Onların özü də bu barədə izahat veriblər ki, Elçin Sadıqov onlarla müqavilə bağlamaqdan imtina edib.
Məhkəmənin qətnaməsi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qüvədə olduğu halda VKRH sırf məni cəzalandırmaq üçün Elçin Qəmbərovu bu işə qoşaraq mənə qarşı repressiya həyata keçirir və mənim fərdi fəaliyyətimi ləğv edərək qeyri-iş saatlarında və günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi ləğv edir.
Məndən xahiş olunmuşdu ki, bu məsələni ictimailəşdirməyim vəkil ailəsi çərçivəsində həll olunacaq. Bu da həll…
Daha ətraflı yazacam, indi siyasi məhbus Seymur Əhmədzadənin barəsində cinayət işi ilə tanış olmağa gedirəm. Janshia leila keçmiş deputAt Elton Məmmədovun iş ortağıdır.”
Gununsesi.info