Məşhur xanəndə öldürüldü – FOTO

  • By admin
  • 23 İyun 2016 10:55

amjad

 

Məşhur xanəndə Amcad Sabri qardaşı və sürücüsü ilə birlikdə Kəraçi şəhərində qətlə yetrilib. Gununsesi.info Rusiya mətbuatına istinadən bildirir ki, A.Sabri Pakistan və Hindistan müsəlmanları arasında sufi poeziyasının tanınmış ifaçısıydı. O, çəkilişə gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər motosikletlə xanəndənin maşınına yaxınlaşaraq, ona atəş açıblar. Qəsd nəticəsində Səbri, qardaşı və sürücüsü hadisə yerində həlak olub. Onların qan itkisindən həyatlarını itirdiyi bildirilir. Haisə yerinə çağrılan təcili yardım maşını hadisə yerinə üç saatdan sonra gəlib. Qeyd edək ki, A.Səbri 1976-cı ildə məşhur sufi xanəndəsi Qulam Fərid Sabrinin ailəsində dünyaya gəlib. O, doqquz yaşından sufi nəğmələrini ifa edib. Polis qətl hadisəsi ilə bağlı araşdırma aparır. Hələlik qətli törədənlər tapılmayıb.

 

sabri

 

Gülnaz Qənbərli