Məşq bazasında pivə içən idmançılar yığmadan kənarlaşdırılıblar

  • By admin
  • 05 Oktyabr 2019 18:39

Cənubi Koreyanın kişilərdən ibarət həndbol yığmasının 8 üzvü komandadan kənarlaşdırılıb.

Gununsesi.org xəbər verir ki, buna səbəb həmin həndbolçuların Çinçxon Məşq Bazasında pivə içmələri olub. Onlar 2 ay müddətinə cəzalandırılıblar.

Oyunçuların davranışına görə məsuliyyəti öz üzərində götürən yığmanın baş məşqçisi Ço En-Şin isə istefa verib. Komanda oktyabrın 17-də Qətərdə start götürəcək Tokio-2020-ci il Yay Olimpiya Oyunları üçün təsnifat turnirinə köməkçi-məşqçi Kan İl-Kunun rəhbərliyi altında çıxacaq.

 

 

Gununsesi.org