Məşqçilər üçün kurslar keçirilir

  • By admin
  • 24 İyul 2017 14:04

09
İyulun 24-dən etibarən AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb. 

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına istinadən xəbər verir ki, iyulun 28-də başa çatacaq məşğələlər təlimatçılar Aslan Kərimov, Arif Əsədov və Osman Rəhimovun iştirakı ilə keçirilir.

Anar
Gununsesi.info