Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu

  • Müəllif: Firuzə
  • 24 Yanvar 2026 22:08

Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də, 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

mesume-babayevanin-defn-yeri-ve-vaxti-melum-oldu

Gununsesi.info