Məsut Özil Azərbaycana salam göndərdi –  VİDEO

  • By admin
  • 27 Yanvar 2021 19:31

 

“Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi olub.

Gunusesi.info bildirir ki, mərasimdə ulduz futbolçu Azərbaycanla bağlı fikirlərini bölüşüb.

O bildirib: “Azərbaycana salam göndərirəm. Sadəcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram. Bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı fikirlərini dilə gətirib: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır. Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orada yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.

Gununsesi.info