“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır

  • By admin
  • 17 Aprel 2018 13:34

“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır.

Gununsesi.info xəbər verir ki,  bu haqda millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əfalatun Amaşov Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında məlumat verib. O, qeyd edib ki, artıq qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupu sözügedən sənədin hazırlanması başlayıb:

“Qeyd edim ki, bir müddət öncə Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçirildi və orada belə qərara alındı ki, Mətbuat Şurası ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Artıq qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupu yaradılıb və o, sözügedən sənədin hazırlanmasına başlayıb. Hesab edirəm ki, bu sənəd eyni zamanda, Mədəniyyət komitəsi ilə  bağlı olduğuna görə onun hazırlanmasında komitəmizin də yaxından iştirakı lazımdır”.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da ayr-ayrı-sahələr üzrə sahə qanunlara ehtiyac olduğunu bildirib. Lakin eyni zamanda sözlərinə əlavə edib ki, AMŞ müvafiq əsasnamə ilə fəaliiyət göstərir və bu baxımdan, əgər gələcəkdə lazım gələrsə, bu qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanun layihəsi müzakirələrə çıxarıla bilər: “Yəni, daha geniş hüquqi zəminə ehtiyac olarsa, təbii ki, o zaman yeni qanun layihəsi müzakirələrə təqdim oluna və qəbul edilə bilər. Amma indilikdə AMŞ müvafiq əsasnamə əsasında da öz işini davam etdirə bilər və davam etdirir”.

H.NİHAT

Gununsesi.info