
Son dövrlərdə Azərbaycan Demokratik Respublikasının lideri Məmməd Əmin Rəsulzadəni gözdən salmaq məqsədi ilə onun faşist Almaniyasıilə əlaqəsini gündəmə gətirməkdədir.
Gununsesi.info xəbər verir ki, tanınmış jurnalist Xəqani Səfəroğlu sosial şəbəkələrdə Məhəmməd Əmin Rəsulzadənin guya faşist Almaniyası ilə əməkdaşlıq etməsi barədə səslənən fikirlər sərsəm və əsassız iddialar adlandırıb.
“Bu saxta və pisniyyətli propoqanda tarixdən bixəbər adamları yanıltmaq üçün ortaya atılır”- deyə, X. Səfəroğlu vurğulayıb.
O qeyd edib ki, Rəsulzadənin heç vaxt Hitler Almaniyası ilə əlaqəsi olmayıb:
“Hələ SSRİ hərbi kəşfiyyat xidmətinin 1944-cü ildə alman-faşistlərlə əməkdaşlıq edən Qafqaz mühacirləri haqqında hazırladığı və SSRİ xarici işlər naziri Molotova təqdim etdiyi adbaad hesabatda “Abver”lə (faşist kəşfiyat xidməti) əməkdaşlıq edənlərin arasında Rəsulzadənin adının olmadığı qeyd olunub.
Bundan əlavə olaraq 1943-cü ildə Azərbaycan legionları qarşısında məşhur çıxışında Məmməd Əmin bəy azərbaycanlı legionerləri öz azadlığı uğrunda vuruşan xalqlara qarşı silah qaldırmamağa çağırıb. Çıxışında deyib: “Avropa xalqlarının azadlığını və siyasi müstəqilliyini əlindən alan nasist Almaniyası heç vaxt Azərbaycana müstəqillik verməyəcək”. M.Ə. Rəsulzadənin bu çıxışı Vermaxtın Şərq nazirliyində böyük ajiotaj yaradır və Rəsulzadəni legionlarla əlaqələri qadağan olunur və bundan sonra Məmməd Əmin bəy Almaniyanı tərk edib Buxarestə gedir”.
O əlavə edib ki, Alman vermaxtının bütün cəhdlərinə baxmayaraq Rəsulzadə faşist rejimi hər hansı əlaqə qurmaqdan qəti sürətdə imtina edir.
Onun milli legionlarl ziyarət etməsinə gəldikdə isə X. Səfəroğlu bildirib ki, bu onun azərbaycanlı əsirləri ölümdən xilas olunması üçün kömək etmək cəhdi idi.
Mürtəza
Gununsesi.info