Maaş və pensiya artımlarını inflasiya çoxdan “yeyib”

  • By admin
  • 21 Noyabr 2022 16:33
Xəbər verdiyimiz kimi, Milli Məclis gələn ilin dövlət büdcəsi sənədində 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edib.
Ekspert Elçin Eldaroğlu Gununsesi.info-ya açıqlamasında deyib ki, bu rəqəmlərin yarsını təkcə 2022-ci ildəki inflyasiya, bahalıq “yeyib”: “Bəzi deputatlar çıxış edib qiymət artımından, ərzağın, dərmanın bahalaşmasından şikayət edirlər, nazirlər də Milli Məclisdə mürgü döyə-döyə qulaq asıb gedirlər.
Sonda heç bir təklif nəzərə alınmayacaq, şikayətlənən deputatlar da büdcə layihəsinə yekdilliklə səs verəcəklər. Olan da məzlum camaata olacaq”.
Mais 
Gununsesi.info