“Macarıstan Aİ-nin qərarını dəstəkləməyəcək” -NAZİR

Macarıstan Aİ-nin Ukraynada hərbi əməliyyatı ilə bağlı qərarı, nə də münaqişənin sülh yolu ilə həllinə mane olacaq hər hansı digər qərarı dəstəkləməyəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Kopenhagendə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə qeyri-rəsmi görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

XİN rəhbəri gözləyir ki, görüşdə yenidən “müharibəyə dəstək məqsədi daşıyan sunami” ilə üzləşməli olacaq.

“Düşünürəm ki, bu gün onlar bizim müqavimətimizi və sülhü dəstəkləyən mövqeyimizi qırmağa çalışacaqlar”, – nazir Facebook-da yazıb.

“Əlbəttə, onlar Ukraynaya yeni maliyyə inyeksiyaları və silah tədarükü tətbiq etməyə çalışacaqlar. Ukraynanı Avropa Birliyinə itələməyə çalışacaqlar. Onlar Aİ-nin hərbi əməliyyatı ilə bağlı qərar qəbul etmək istəyirlər, lakin biz Macarıstanın maraqlarına zidd olan və sülh prosesinə mane olacaq heç bir qərarı dəstəkləməyəcəyik”, – Siyarto qeyd edib.

 

Gununsesi.info