Budapeşt əmindir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə ehtiyac yoxdur.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra TASS-a müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Təəssüf ki, Avropa İttifaqının tətbiq etdiyi sanksiyalarla bağlı hələ ki, peşəkar qiymətləndirmə və təhlillər aparılmayıb. Yeni sanksiyaların müzakirəsi həmişə emosional, siyasi və ideoloji xarakter daşıyır”, – Siyarto qeyd edib.
“Sanksiyalara praqmatik nöqteyi-nəzərdən baxsaq, görərik ki, onlar Rusiyadan çox Avropaya ziyan vurur”, – Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
“Biz hesab edirik ki, yeni sanksiyalar paketinə ehtiyac yoxdur. Ümid edirik ki, bir gün Şərqlə Qərb arasında sivil əməkdaşlığa qayıda biləcəyik, çünki bu, bizim maraqlarımıza uyğundur”, – deyə Siyarto bildirib və əlavə edib ki, iqtisadi sektorun nümayəndələri də oxşar nöqteyi-nəzərdəndirlər.
Səid Əhmədli
Gununsesi.info