Macarıstan çempionu olan futbol klubunun naxçıvanlı prezidenti kimdir? — DOSYE

  • By admin
  • 17 İyun 2020 12:28

Macarıstan futbol çempionatının qalibi “Ferentsvaroş” klubu olub.

Gununsesi.org Yeniavaz.com-a istinadla xəbər verir ki, “Ferentsvaroş” klubunun hazırkı prezidenti əslən Azərbaycandan olan Qabor Qubadovdur.

Məlumat üçün bildirək ki, Qabor Qubadovun atası azərbaycanlı, anası isə milliyətcə macardır.

Əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan ailə təxminən bir əsr əvvəl Macarıstana köçüb. 17 fevral 1966-cı ildə anadan olan Qabor Qubadov  Macarıstan parlamentinə hakim “Fides” partiyasından 2006 və 2010-cu ildə deputat seçilib.

Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirib. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olub. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda “Fides” partiyasının sədri vəzifəsində çalışır.

Qubadov 2008-ci ildə keçirilən referendumda və 2009-cu ildə keçirilən Macar Avropa parlamenti seçimlərində fəal iştirak edib. Emma, Marsel və Oliviya adında 3 övladı var.

Qeyd edək ki, Qabor Qubadovun prezidenti olduğu “Ferentsvaroş” futbol klubu 1899-cu ildə yaranıb və Macarıstanın ən köklü klublarından hesab olunur.

 

 

Gununsesi.org