
“Macarıstan hökuməti İsveçin NATO-ya daxil olmasını dəstəkləyir.”
Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto NATO-nun Vilnüs sammitində deyib.
“Əsas mövzular, əlbəttə ki, Ukraynadakı müharibə və İsveçin NATO-ya daxil olması olacaq.”
“Macarıstanın mövqeyi bəllidir. İnsanların həyatını xilas etmək üçün bizə Ukraynada tezliklə sülh lazımdır. Bizim İsveçlə bağlı mövqeyimiz də aydındır. Hökumət onun NATO-ya daxil olmasını dəstəkləyir, bununla bağlı biz bu məsələ ilə bağlı parlamentə təklif təqdim etmişik. Bir neçə ay əvvəl İndi yalnız texniki cəhətdən ratifikasiya prosesini başa çatdırmaq qalır.”
Tərcümə
Şəbnəm
Gununsesi.info