Macarıstan İsveçin NATO üzvlüyü haqqında: Türkiyə nə deyərsə, o olacaq

  • By admin
  • 04 İyul 2023 23:44

Macarıstan İsveçin NATO üzvlüyü haqqında Türkiyə ilə birgə hərəkət edəcəyini açıqlayıb. .

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Naziri Peter Szijjarto açıqlama verib.

Peter Szijjarto çıxışında bunları deyib:

“Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə dair bir işarə verərsə, biz də dəstəkləyəcəyik. Türkiyənin qərarını əsas alacağıq. Türkiyədən gələcək müsbət bir əlamət prosesini dəstəkləyəcəyik”.

Xatırladaq ki, Szijjarto bir müddət öncə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla bir araya gəlmişdi.

Tərcümə: Arzu

Gununsesi.info