Macarıstan Leyenin yenidən AK sədri seçilməsini dəstəkləmir

“Macarıstan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin yeni müddətə yenidən seçilməsini dəstəkləməyəcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər naziri Peter Szijyarto bildirib.
“Mən bilmirəm (Ursula von der Leyen) kimin dəstəyini axtarır. Amma o, boş yerə dəstəyimizə ümid edir. Düşünürəm ki, burada təcrübəyə və onun fəaliyyətinin nəticələrinə əsaslanaraq qərar qəbul etməyə dəyər”.

Bildirilir ki, Avropa son beş ildə bir böhrandan digərinə keçərək əziyyət çəkib.

Onun sözlərinə görə, Avropa Komissiyası, o cümlədən Ursula fon der Leyen avropalıların həyatının pisləşməsinə görə məsuliyyət daşıyır.

Məlumata görə, Avropa İttifaqının Kiyevə silah təhvil verilməsinə görə üzv ölkələrə 7,16 milyard avro məbləğində borcu yığılıb.

Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ iqtisadiyyatını müharibə vəziyyətinə salmağa çağırıb.

 

 

Gununsesi.info