Macarıstan Mərkəzi Amerika ilə ittifaq yaradacaq

“Budapeşt dünyanın əks bloklara bölünməsinə qarşı çıxmaq üçün Panama, eləcə də digər Mərkəzi Amerika ölkələri ilə ittifaq yaratmağa çalışır”.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

 

Onun sözlərinə görə, Panama və Macarıstan birlikdə sülh tərəfdarıdır:

 

“Azad və ədalətli qlobal ticarəti dəstəkləyirlər. Biz dünyada blokların yaranmasına qarşı çıxmaq və əlaqələri genişləndirmək üçün ittifaq yaratmağa qərar verdik”– deyə nazir vurğulayıb.

 

Eyni zamanda Peter Siyartovurğulayıb ki, Macarıstan Şərq-Qərb prinsipi üzrə ölkələrin bir-birinə zidd bloklara bölünməsinə də qarşıdır.

 

Qeyd edək ki, Bundan əvvəl Budapeşt Ukraynadakı silahlı münaqişənin dünyada  bir-birinə zidd siyasi və iqtisadi blokların yaranmasına səbəb olacağından, onların yaradılmasının bütün ölkələrin maraqlarına zidd olacağından ehtiyat etdiyini bildrimişdir.

 

 

 

Gununsesi.info