Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması üçün səsvermənin tarixini açıqladı

  • By admin
  • 20 Fevral 2024 13:47

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasının ratifikasiyası üçün səsvermə tarixini təyin edib.

Gununsesi.info xəbər verir ki, Qərb agentlikləri bu barədə “Fides” parlament fraksiyasının lideri Mate Kosiçin dərc etdiyi sənədə istinadən məlumata yayıb.

Kosiç bildirib ki, fevralın 26-da keçiriləcək iclasda İsveçin NATO-ya daxil olmasının ratifikasiyası məsələsi gündəliyə daxil ediləcək və hakim partiyanın deputatları “onu dəstəkləmək niyyətindədirlər”.

Bu həftə sonu Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, parlament bu məsələnin müzakirəsinə fevralın 26-da başlayacaq “yaz sessiyasının əvvəlində” baxacaq.

Qeyd edək ki, Orbanın “Fides” partiyasından olan deputatlar fevralın əvvəlində İsveçin baş naziri Ulf Kristerssondan İsveçin NATO-ya üzvlük protokoluna səsvermədən əvvəl əvvəlcə Budapeştə getməsini tələb ediblər.

Gununsesi.info