Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.
Gununsesi.info xəbər verir ki, Macarıstan parlamenti bundan əvvəl Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaşa Şuyoku ölkənin yeni prezidenti seçib.
Yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. Belə ki, 67 yaşlı Şuyok namizədliyi hakim partiyalar olan FİDES – Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.
Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.
Gununsesi.info