Macarıstan Qarabağda bərpa işlərinə 100 milyon kredit ayırdı

  • By admin
  • 10 Mart 2021 18:54

Macarıstanın mövqeyi həmişə ondan ibarət olub ki, Azərbaycanın ərazi bütövlüyü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bərpa edilməlidir. Bunu bu gün Macarıstanın xarici işlər naziri Peter Siyarto Bakıda bildirib.

“Bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulub və biz bu məsələ ilə bağlı mövqeyini gizlətməyən ölkələr arasında olmuşuq. Biz öz mövqeyimizi bundan sonra da aydın şəkildə ifadə edəcəyik”, – o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Öz növbəsində İlham Əliyev qeyd edib ki, Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və uğurlu əməkdaşlığı davam etdirirlər. O, Avropa Komissiyası ilə əlaqələrdə Azərbaycanı dəstəklədiyinə görə Macarıstana təşəkkürünü ı bildirib.

“Biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik. Bu müzakirələr pandemiya və müharibə səbəbilə müvəqqəti olaraq kəsildi. Lakin sənədin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb. Əminəm ki, yaxın aylarda daha da böyük irəliləyiş olacaq”, – İlham Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan Macarıstan ilə ticarət-iqtisadi əməkdaşlığın fəallaşdırılmasına və azad edilmiş ərazilərin bərpasında Budapeştin iştirakına tərəfdardır. “Mən bir neçə dəfə açıq şəkildə dost ölkələrin şirkətlərini əməkdaşlığa dəvət etmişəm. Macarıstan Azərbaycanın yaxın dostlarından biridir. Əminəm ki, azad edilmiş ərazilərdə bizimlə birgə işləmək üçün Macarıstan şirkətlərinin imkanları olacaq”, – prezident deyib.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Siyarto ilə birgə brifinqdə bildirib ki, Macarıstan Bankı Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üçün bu ölkənin şirkətlərinə 100 milyon dollar kredit ayırıb.

Bakı həmçinin Macarıstan hökumətinin minalardan təmizləmə işlərinin aparılması üçün ianələr barədə təklifini yüksək qiymətləndirib.

Ceyhun Bayramov mövcud 44 müqaviləyə əlavə olaraq 10 yeni ikitərəfli sazişin hazırlandığını bildirib. –06D-