Macarıstan Ukraynaya yardım və silah vermək əvəzinə, Avropa Sülh Fondundan aldığı vəsaiti Afrika ölkəsi Çadın müdafiəsinə dəstək üçün köçürməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bunu mətbuat konfransı zamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, 14 milyon avronun təhsil müəssisəsinin yaradılması və Çad silahlı qüvvələrinin gücləndirilməsi üçün istifadə olunacağına aydınlıq gətirib. Bu təklif sentyabrın 26-da Aİ Nümayəndələr Şurasında müzakirə olunacaq.
Siyarto bildirib ki, Çad prezidenti Mahamat Debinin başçılıq etdiyi nümayəndə heyətinin iki günlük səfəri zamanı ölkələr arasında qeyri-qanuni miqrasiya ilə mübarizə, müdafiə və kənd təsərrüfatı məsələləri də daxil olmaqla bir sıra sazişlər imzalanıb.
Xarici işlər naziri Macarıstanın Ndjamenadakı diplomatik nümayəndəliyini səfirliyə çevirmək planlarını da açıqlayıb.
Onun sözlərinə görə, bu, iqtisadi, təhsil və hərbi əməkdaşlığın ən səmərəli şəkildə inkişafına kömək edəcək.
O, həmçinin hesab edir ki, Ukraynada “sülh şansı” yalnız Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra yaranacaq.
İlhamə
Gununsesi.info