Ukrayna hazırkı şərtlərlə NATO-ya qəbul olunarsa, bu, üçüncü dünya müharibəsinin başlanması təhlükəsi yaradacaq.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Ukrayna Rusiya ilə münaqişə vəziyyətindədir. Və ənənəvi NATO xəttinə görə, hazırkı şəraitdə Ukrayna alyansa qəbul olunarsa, bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq. Biz isə həmişə Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın əleyhinə olmuşuq”, – deyə nazir bildirib.
Szijyarto əlavə edib ki, Macarıstan Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, münaqişəni sona çatdırmaq üçün ayrıca, sülh yolu ilə getməyə davam edəcək.
Bundan əvvəl Szijarto bildirmişdi ki, bu gün Ukraynanın NATO-ya daxil olması imkanı yoxdur.
O, NATO üzvlərinin ukraynalılara qarşı ədalətsiz münasibətinə diqqət çəkib.
Gununsesi.info