Macarıstan Ukrayna-Rusiya dialoqu üçün Budapeştdə görüş təklif edib

  • By admin
  • 26 Fevral 2022 15:56

Macarıstan Ukrayna-Rusiya dialoqu üçün Budapeştdə birbaşa görüş təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto “Facebook” hesabında bildirib.

“Macarıstan sülh istəyir. Biz bu istiqamətdə işləyirik, ona görə də mən Rusiya və Ukrayna nümayəndələri ilə Budapeştdə birbaşa danışıqlara başlamaq üçün müzakirələr aparıram. Mən bu gün Nyu-Yorkda BMT rəhbərliyindən kömək istəyəcəyəm”, – nazir vurğulayıb.

Macarıstan XİN başçısı deyib ki, onun ölkəsinin Rusiyaya qarşı sanksiya qərarlarını bloklamaqla bağlı fikirlər həqiqəti əks etdirmir: “Yalandan deyirlər ki, Macarıstan guya Rusiyaya qarşı sanksiyaların bəzilərini, məsələn, SWIFT sistemi ilə bağlı qərarı bloklayır. Bu, doğru deyil. Biz heç vaxt hər hansı sanksiya təklifinə qarşı çıxış etməmişik və ya bloklamamışıq”.

 

 

Gununsesi.info