Macarıstan ukraynalılara verilən milli pasportları geri qaytarır

  • By admin
  • 05 Oktyabr 2019 17:25

Macarıstan dövləti Ukraynanın Zakarpatye vilayətində yaşayan sakinlərə verilən pasportları geri almağa başlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə vilayətin keçmiş qubernatoru Gennadi Moskal yerli mətbuata bildirib.

Onun sözlərinə görə, Macarıstan vətəndaşlığını təkcə həqiqi, etnik macarlar deyil, həm də saxta sənədlərlə ukraynalılar alıblarmış.

Qaydalara əsasən, bu ölkənin pasportunu almaq üçün potensial miqrant öncə universitetə gedib macar dilindən imtahan verməli və ya onun hansısa qohumu (anası və ya nənəsi) həmin dövlətin vətəndaşı olmalıdır.

“Guya valideynlərinin 1939-1944 –cü illərdə Zakarpatye bölgəsində yaşadığı barədə arayışı arxivdən rüşvət yolu ilə almaq olar. Lakin macar dilini öyrənmək, demək olar ki, mümkün deyil. Avropanın ən mürəkkəb nitqlərindən sayılan bu dili gərək uşaqlıqdan biləsən”,-deyə keçmiş qubernator söyləyib.

Gennadi Moskalın sözlərinə görə, Amcar vətəndaşlığından məhrum etmə indi olduqca asandır. Polisə insanları yolda saxlayıb sənədləri yoxlamaq kifayətdir. Əgər həmin şəxs dili bilmirsə, pasport ondan dərhal müsadirə olunur.

Rəsmi mənbələrdə Ukraynada 300 min macar pasportuna malik vətəndaşın yaşadığı göstərilib. Buna görə hətta iki ölkə arasında münaqişə də yaranıb.

Belə ki, Macarıstanın Zakarpetyedək konsulunun ukraynalılara kütləvi şəkildə pasport payladığı və onların Macarsıtana sədaqət andı içdirdiyi video-gprüntülərdə əks olunmuşdu.

Doğrudur, sonradan diplomaıtn pasport deyil, onu almaq üçün sənədlərin siyahısını verdiyi məlum olmuşdu.

Lakin insident konsulun Ukrayna hakimiyyəti tərəfindən “persona non qrata” elan edilərək ölkədən qovulmasına gətirib çıxarmışdı.

 

Gununsesi.org