Macarıstan Ukraynanı silahla təmin etməyəcək - Peter Siyarto

  • By ilhame
  • 03 Fevral 2024 21:42

“Macarıstan, digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, hələ də Ukraynanı silahla təmin etməyəcək, lakin oradakı qeyri-öldürücü hərbi texnikanın tədarükü üçün pul ödəməyə hazırdır”.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

 

O xatırladıb ki, Avropa Komissiyası 2024-cü ildə Aİ ölkələrinə Ukraynaya silah tədarükünə görə kompensasiya ödəmək üçün Avropa Sülh Fondunun büdcəsini 5 milyard avro artırılmasını təklif edib:

 

“Biz bu işdə iştirak etmək istəmirik. Mən bunu bu gün həmkarlarıma açıqladım. Lakin Macarıstan digər Aİ ölkələrinin addımlarına mane olmayacaq və konstruktiv bitərəf mövqe tutacaq. Bu o deməkdir ki, Budapeşt Ukraynaya öldürücü silahların tədarükü üçün Avropa Sülh Fonduna töhfə verməyəcək.

 

Biz bu məqsədlər üçün pul ayırmağa borclu deyilik. Bunun əvəzində Macarıstan ölümcül olmayan texnikanın tədarükünə pul xərcləməyə hazırdır. Odur ki, Avropa Sülh Fondundan istifadə qaydaları müvafiq olaraq dəyişdirilməlidir”.

 

Gununsesi.info