Macarıstan Ukraynaya yardım etmək istəmir

“Avropa İttifaqının Xarici İşlər nazirlərinin iyulun 20-də keçiriləcək iclasında Macarıstan Kiyevə 20 milyard avro əlavə yardıma qarşı çıxıb.”

Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Naziri Peter Siyarto sosial şəbəkələrdə bildirib.

Nazir qeyd edib ki, Budapeşt də Ukraynadan ölkəyə əvvəllər ayrılmış 10 milyon avro ilə bağlı hesabat təqdim etməyi tələb edəcək.

Brüssel Ukraynaya silah tədarükü üçün daha 20 milyard avro ayırmaq istəyir.

Bu təklifin təsdiqlənməsi üçün bu gün Brüsseldə keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında güclü təzyiq olacaq.

Lakin Macarıstanın mövqeyi aydın olaraq qalır.

“Biz Ukraynaya artıq ayrılmış 10 milyon avro ilə bağlı hesabat gözləyirik.”

Qeyd edək ki, bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ukrayna münaqişəsi üzrə sülh danışıqları dərhal başlamalıdır, çünki onlar üçün şərait pisləşir.

O, bütün maraqlı tərəfləri danışıqlara başlamağa çağırıb.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info