Macarıstan və Azərbaycan qardaş ölkələrdir.
Gununsesi.info bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
“Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz Mərkəzi Asiya ölkələri və Azərbaycanla qardaş ölkələrik”, – Orban deyib.
O həmçinin, Macarıstanda Azərbaycana investisiya qoyan çox sayda şirkətin olduğunu qeyd edib.
Gununsesi.info