Macarıstan vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq etdi

  • By admin
  • 13 Fevral 2022 21:07

Macarıstan vətəndaşlarına Rusiya-Ukrayna sərhədindəki gərginliyə görə Ukraynaya səyahətlərini təxirə salmaq tövsiyə edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Xarici Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar məcbur qalmadıqca Ukraynaya səyahət etməsinlər və planlaşdırdıqları səfərləri təxirə salsınlar.

Əlavə edilib ki, xəbərdarlıqlara rəğmən, Ukraynaya gedən və ya orada qalmağa qərar verən vətəndaşlara konsulluq kömək edə bilməyəcək.

 

 

Gununsesi.info