Macarıstanda yük konteynerində 38 miqrant aşkarlanıb

  • By admin
  • 22 Sentyabr 2019 15:33

Macarıstan polisi ölkənin Serbiya ilə sərhədində dəmir yolu konteynerində 38 qeyri-qanuni miqrant aşkarlayıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

HTML tutorial

“Macarıstan polisi Kelebia sərhəd məntəqəsində yük konteynerində 38 miqrant tapıb. Onların otuz altısı əfqan, daha ikisi eritreyalılardır”, – məlumatda belə deyilir.

Tapılan miqrantların heç birində Macarıstanda qalmaları üçün sənəd olmadığından, onlar sərhəddəki Tompa-Kelebia qəbul mərkəzinə göndərilib.

 

 

Gununsesi.org