Macarıstandan İsveç qərarı

  • By admin
  • 27 Fevral 2024 08:46

Macarıstan parlamenti İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünü təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 188 deputat İsveçin NATO üzvlüyünün lehinə, 6 deputat isə əleyhinə səs verib.

Macarıstanın təsdiqi ilə İsveç administrasiyası bütün NATO üzv ölkələrinin razılığını alıb.

İsveçin baş naziri Ulf Kristersson qərardan sonra verdiyi ilk açıqlamada bu günü tarixi bir hadisə kimi xarakterizə etdi və NATO-da məsuliyyəti öz üzərinə götürməyə hazır olduqlarını bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq də İsveçin üzvlüyünün NATO-nu daha güclü və üzvlərini daha təhlükəsiz edəcəklərini bildirib.

Macarıstan Milli Assambleyasının İsveçin NATO-da iştirakını təsdiqləməsini alqışladığını vurğulayan Stoltenberq İsveçin NATO-nun 32-ci müttəfiqi olacağını qeyd edib.

İsveç Sosial Demokrat Partiyasının lideri Magdalena Andersson, sosial media hesabından “Dəstəyiniz üçün təşəkkür edirik” dedi.

Gununsesi.info