Macarıstanın Baş naziri Fəxri xiyabanı ziyarət edib

Noyabrın 24-də Macarıstanın Baş naziri Viktor Orban Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Baş nazir Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.