Madaqaskarda 202 nəfər taunun qurbanı olub

  • By admin
  • 27 Noyabr 2017 22:27


Madaqaskarda avqustun 1-dən noyabrın 22-dək taun xəstəliyindən azı 202 nəfər ölüb.
“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Təşkilatın xəbərində bildirilir ki, əlavə olaraq ağciyər taunuyla bağlı 341, həmçinin xəstəliyin qeyri-müəyyən tipi ilə əlaqədar 215 fakt məlum olub.
Madaqaskarın Səhiyyə Nazirliyi bu dövrdə 2348 xəstəliyə yoluxma faktı barədə bildirib. Onlardan 202-i ölümlə nəticələnib.

Gununsesi.info