Madaqaskarda dəhşətli xəstəlik 94 nəfərin həyatına son qoydu

Madaqaskarda dəhşətli xəstəlik 94 nəfərin həyatına son qoydu

xestexana_874

Madaqaskarda taun epidemiyası 94 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı avqustun 1-dən başlayaraq adada 1153 yoluxma halı qeydə alındığını bildirib.

Xəstəlik Madaqaskarın 114 əyalətindən 37-də yayılıb.

Qeyd edək ki, bu ayın əvvəlində verilən məlumata görə, ölkədə taundan ölənlərin sayı 40-dan çox idi.

Gununsesi.info

COMMENTS