Madlen Olbrayt: “Biz Trampın prezident seçiləcəyini gözləmirdik”

  • By admin
  • 12 Noyabr 2016 10:31
olbrayt
Donald Tramp ABŞ prezidenti seçilməsinə baxmayaraq, dünya əvvəlki kimi inkişaf edəcək.
Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Praqada Karlova Universitetində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Trampın prezident seçilməsindən sonra da dünya bir az əvvəlki kimi inkişaf edəcək: “Biz bunu əvvəlcədən görə bilmədik.  Avropada Brexit-ə baxan zaman dedik ki, bizdə belə bir hadisə baş verə bilməz. Bizə artıq buna öyrəşməyimiz gərəkdir”.
Olbrayt  özü Hillari Klintonu aktiv  dəstkləyən insanlardan biri idi və hesab edirdi ki, H.Klinton  dövləti idarə etmək üçün hazır olan ən yaxşı namizədlərdən biri idi.
Tramp 2017-ci ilin 20 yanvarında rəsmi inaqurasiyadan sonra president vəzifəsinə başlayacaq.
Qeyd edək ki, Madlen Olbrayt  1997-2001-ci illərdə  Amerikanın dövlət katibi olub.
Gununsesi.info