Madonna mitinqə qatılaraq xalqa dəstək verdi – Fotolar

  • By admin
  • 11 İyun 2020 11:01

Amerikada polis zorakılığının qurbanı olan Corc Floydun ölümündən sonra qaradərili əhaliyə dəstək verən etiraz dalğası artıq Avropa paytaxtlarını da bürüyüb.

Gununsesi.org xəbər verir ki, 2 gün əvvəl Londonda keçirilən aksiyaya dünyaca məşhur müğənni Madonna da qatılıb.

Bir həftə əvvəl dizindəki zədəyə görə xəstəxanaların birində müalicə alan sənətçinin mitinqdə qoltuq ağacından istifadə etməsi diqqət çəkib. Yürüyüş zamanı 61 yaşlı Madonnanın yanında 2 cangüdəni də olub.

Mitinqdə iştirak edən insanlar arasında müğənni ilə şəkil çəkdirənlər də olub.

Qeyd edək ki, mayın 25-də Minneapolisdə Corc (George) Floyd polis əməkdaşlarının ittiham olunduğu bir hadisə zamanı qətlə yetirilib. İnternetdə yayılan görüntülərdə 3 polisin Floydun qollarını qandallayıb onu yerə yıxdıqları və üstünə oturaraq yerə sıxdıqları, onlardan birinin isə dizini boğazına basdığı nəzərə çarpır. Bir neçə dəfə “nəfəsim daralır” deyən Floyd sonra hərəkətsiz qalır. Xəstəxanaya çatdırılan zərərçəkən orada dünyasını dəyişib.

 

 

 

Gununsesi.org