
Bu ilin mayında Amerikanın məhşur pop ulduzu Madonna Konya vilayətində yerləşən Mövlana Muzeyini ziyarət etmək üçün Türkiyəyə səfər edəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyaca məhşur fotoqraf Mert Alaş yaxın dostu Madonnanı Konyaya dəvət edib.
Belə ki, Konya ziyarəti sırasında Madonnanın Mövlana Cəlaləddin Ruminin 789-cu ildönümü münasibəti ilə təşkil ediləcək konfransda iştirakı da gözlənilir.
Madonna Türrkiyə səfərini başa vurduqdan sonra, İngiltərəyə yola düşüəcək və oradanda yeni dünya turnesinə start verəcək.
Qeyd edək ki, xüsusilə ABŞ-da məşhur olan Mövlana Cəlaləddin Rumi davamçıları arasında, əvvəl Mövlananın şeirlərini səsləndirən və sonra isə “Like A Prayer” mahnısının klipində “Səma ayini”lərinə yer verən Madonnanın xaricində, Bred Pitt, Leonardo Di Kaprio, Rassel Kroy, model Kara Delevin, müğənni Kris Martin, Adriana Lima və Demi Mur kimi ulduzlar Mövlananın davamçıları arasında yer alırlar. Cazz musiqisinin korifeylerindən Pink də Movlanə sevərlərdəndir.
Anar
Gununsesi.info