Madonnanın oğlu həbs edildi və… - FOTOLAR

  • By admin
  • 24 Noyabr 2016 08:40

mad-1

Amerikalı müğənni Madonnanın 16 yaşlı oğlu Rokko Ritçi həbs edilib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, atası Qay Ritçinin Londondakı evində qalan Rokko qonşuların şikayəti nəticəsində saxlanılıb. Polis onun üzərinə baxış keçirən zaman narkotik maddə tapıb.

Polisin məlumatına görə, 16 yaşlı gənc artıq girov qarşılığında sərbəst buraxılıb.

Qeyd edək ki, Madonna və Qay 2000-ci ildən 2008-ci ilə kimi evli olublar.

mad-2

Gununsesi.info