Madrid Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürdü

Madrid Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürdü

1506619783

Rəsmi Madrid Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən Konstitusiyanın 155-ci maddəsinin tətbiq edilməsi  ilə əlaqədar Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürəcək.  

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İspaniya hökumətinin qərarına əsasən, mərkəzi hakimiyyət Kataloniya polisinə məcburi xarakterli birbaşa göstərişlər verə bilər: “Lazım gəldikdə Kataloniya polisinin üzvləri İspaniya təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə əvəzlənəcək”.

Madrid həmçinin  telekomunikasiya, elektron xidmətlər və informasiya texnologiyaları sahəsindəki funksiyaları Kataloniya muxtariyyətinin üzərindən götürəcək.

Hökumət sənəddə əks olunan tədbirlərin icrası barədə iki aydan bir  Senata təqdim edəcək.

Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.

Gununsesi.info

COMMENTS