Əllərində İspaniya bayraqları olan minlərlə insan İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesin yenidən baş nazir seçilməsi və Kataloniya separatçılarına amnistiya elan edilməsinə etiraz olaraq Madridin mərkəzində aksiya keçirir.
Bu barədə Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir.
Polis əməkdaşları Sibeles şəhərinin mərkəzi meydanlarından birində keçirilən nümayişdə 170 minə yaxın insanın iştirak etdiyini bildiriblər. Lakin aksiyanın təşkilatçıları bir milyona yaxın insanın şəhərin küçələrinə çıxdığını iddia edirlər.
Etirazçılar əmindirlər ki, hazırkı hökumət Kataloniya separatçılarına güzəştə gedir, həm ölkənin demokratik dəyərlərini, həm də konstitusiyasını əhəmiyyətli dərəcədə təhlükə altına qoyur.
Gununsesi.info