Maduro 10 milyonluq təyyarəsini itirdi

  • By Günel
  • 05 Sentyabr 2024 15:49

Venesuela Prezidenti Nikolas Maduronun daha bir təyyarəsi Dominikan Respublikasında saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dominikan mətbuatı məlumat yayıb.

Qəzet “Dassault Falcon 2000EX” təyyarəsinin hazırda “Xoakin Balaquer” hava limanında olduğunu bildirib.

Təyyarənin dəyəri 10 milyon dollardır və yeganə qeydə alınmış uçuşu 14 sentyabr 2019-cu ildə olub.

Qeyd edək ki, bundan əvvəl sentyabrın 2-də ABŞ Maduronun “Dassault Falcon 900EX” təyyarəsini ələ keçirmişdi.

Gununsesi.info