
Venesuela rəhbərliyi Avropa İttifaqının nümayəndəsinin ölkədən çıxarılmasına qərar verib.
Gununsesi.org bildirir ki, bu barədə TASS məlumat yayıb.
Sözügedən qərar Aİ-nin 11 venesuelalı məmur və parlamentarini sanksiya siyahısına salmasından sonra qəbul olunub.
“Mən Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi qərara aldım”, – deyə ölkə başçısı N.Maduro bildirib.
N.Maduro Avropa kolonializminə və Venesuealaya qarşı təqiblərə son qoymağa çağırıb.
Gununsesi.org