Maduro Trampa səsləndi: “Sülh üçün mənə zəng et”

“The Washington Post” xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro televiziya çıxışı zamanı ABŞ Prezidenti Donald Trampa müraciət edərək iki ölkə arasında sülhü müzakirə etmək üçün ona zəng etməsini xahiş edib.

Bundan əvvəl də Maduro ABŞ-la münasibətlərin müzakirəsinə hazır olduğunu, münaqişələrin yeganə həll yolunun dialoq olduğunu bildirib.

Qeyd edək ki, 17 noyabrda Ağ Ev rəhbəri Karib dənizində artan gərginlik fonunda Venesuela lideri ilə dialoqu istisna etmədiyini açıqlamışdı.

Firuzə

 Gununsesi.info