«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, yeni raund Amerika sanksiyalarından sonra, Venesuelanın Prezidenti Nikolas Maduro Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın ünvanına tənqid və təhqirlər yağdırıb!
Xəbəri «Röyter» agentliyi yayıb.
«Bəsdir, işimizə qarışdığın. Get evinə, Donald Tramp. Venesueladan rədd ol! Öz çirkli əllərini buradan çək!» – bu sözlərlə ölkə prezidenti birbaşa teleefirdən səslənib.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Venesuela Ali məhkəməsi sədrinin və 7 nümayəndəsinin adlarını sanksiya siyahısına əlavə edib. Trampın özü bəyan edib ki, Birləşmiş Ştatlar öz həmkarları ilə birlikdə, Cənubi Amerikanın sözügedən ölkəsində vəziyyəti yaxşılaşdıracaq.
Venesuelanın xarici işlər naziri Delsi Rodriges isə öz növbəsində, bəyan edib ki, Venesuela hökuməti ABŞ sanksiyalarını qəti şəkildə rədd edir. Bu barədə, xanım nazir özünün «tvitter»ində yazıb və qeyd edib ki, ABŞ-nın həyata keçirdikləri beynəlxalq hüququ pozur.
Gununsesi.info