Maduro və həyat yoldaşına qarşı yeni ittiham irəli sürüldü

  • Müəllif: Firuzə
  • 08 Oktyabr 2026 20:41

Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsindəki münsiflər heyəti Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı işgəncə törətmək ittihamı irəli sürüblər.

Gununsesi.info xəbər verir ki, məlumatda qeyd olunur: “Təqsirləndirilən şəxslər Nikolas Maduro və Siliya Flores qəsdən qanunun təsiri altında başqa bir şəxsə mənəvi və fiziki əzab yetirmək məqsədi daşıyan hərəkətlər ediblər”.

Prokurorluğun iddiasına görə, bu cür hərəkətlərin məqsədlərindən biri siyasi müxalifətin yatırılması və cəzalandırılması olub.

Maduro və Flores işgəncə vermək üçün sui-qəsddən əlavə, daha dörd ittihamla üzləşirlər: silah və dağıdıcı qurğuların saxlanması, narkotik qaçaqmalçılığı və narkoterrorizm törətmək üçün sui-qəsd.

Yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək prezident və həyat yoldaşını həbs ediblər. Yanvarın 5-də Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsi onlara narkotik qaçaqmalçılığında iştirak etmək ittihamı irəli sürüb. Maduro və həyat yoldaşı ittihamları rədd ediblər.

Gununsesi.info