Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb

  • By ilhame
  • 04 Avqust 2024 13:30

Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyları zamanı 2 minə yaxın insan həbs edilib.

 

Gununsesi.info –nun “Reuters”ə istinadən xəbərinə görə, bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib.

 

O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına “maksimum cəza” vəd edib.

 

“Bu dəfə heç bir bağışlanma olmayacaq”, – o deyib.

 

Venesuela lideri daha əvvəl ölkədə baş verən iğtişaşlar zamanı iki hərbçinin həlak olduğunu bildirib.

Gununsesi.info