Maduro yenidən namizəd oldu

  • By admin
  • 12 Mart 2024 11:14

İyulun 28-də Venesuelada keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədinin hazırkı prezident Nikolas Maduro olduğu açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Venesuela Vahid Sosialist Partiyasının (PSUV) sədr müavini Diosdado Kabello verdiyi açıqlamada Maduronun iyulun 28-də keçiriləcək seçkilərdə PSUV adından üçüncü dəfə yarışacağını bildirib.

Kabello qeyd edib ki, PSUV-dən 4 milyon 240 min 32 partiya üzvü partiya daxilində keçirdikləri ilkin seçkidə Maduronu seçib.

Digər tərəfdən, seçki tarixi dəqiqləşdikdən sonra şəhər səfərlərinə çıxan prezident Maduro mitinqlər təşkil edir.

Maduroya qarşı namizəd irəli sürmək səylərini davam etdirən müxalifət bloku hələ də namizədlə bağlı qərar verməyib.

Venesuela Milli Seçki Şurasının (CNE) prezidenti Elvis Amoroso martın 6-da keçirdiyi mətbuat konfransında yekdilliklə prezident seçkilərinin iyulun 28-də keçirilməsinə qərar verdiklərini açıqlayıb.

Namizədlik üçün müraciətlərin 21-25 mart tarixləri arasında edilə biləcəyini deyən Amoroso, seçki kampaniyasının 4-25 iyul tarixləri arasında aparılacağını bildirib.

 

Gununsesi.info