Maestro Ceyhun: “Aparıcılar efir vaxtından istifadə edib özlərini reklam edirlər”

  • By admin
  • 07 Oktyabr 2016 14:40

ceyhun

Çoxdandır efirlərdə görünməyən Maestro Ceyhun bu dəfə ki, müsahibimiz oldu.

Gununsesi.info olaraq ifaçıdan efirdən uzaq düşmə  səbəblərini öyrəndik. Sözü gedən  müsahibəni sizə təqdim edirik.

Ceyhun bəy xeyli müddətdir sizi efirlərdə görmürük. Buralardan uzaqlaşmısınız?

-Xeyr uzaqlaşmamışam. Sadəcə səfərlərim çox olub vətəndə az olmuşam ona görə efirlərə çıxa bilməmişəm. Bu yaxınlarda Amerikadan və Kanadadan qayıtmışam.

Səfərin məqsədi nə idi?   

-Ansamblımla bərabər Amerikada idik. Orda konsert proqramı ilə çıxış etdik eyni zamanda bir xeyir iş də var ona görə dəvət almışdıq. Sonra Kanadaya getdim,skripka alətinin hazırlanmasında məhşur olan bir firma var onu axtarırdım nəhayət ki tapdım. Orda professional səviyyədə hazırlanır. May ayı üçün dəvət almışıq, konsert proqramı ilə orda çıxış edəcəyik. Moskvada duet üzərində iş gedəcək. Bilirsiniz yollar uzun olduğuna görə vaxt çox gedir şəxsi işlər də qalır.Amma yaradıcılığım öz axarında gedir. Yeni mahnı yazdırmışam vaxt edib efirə çıxara bilmirəm. Düzdü indi məhərrəmlikdi müğınnilər istirahət edir amma biz başqa xalqın nümayəndələri üçün də xidmət edirik ona görə bu ayı da boş ola bilmirik.

Yeni mahnı  yazdırdığınızı dediniz, öz bəstənizdir?

-Xeyr. Şəhrizad mahnısıdır onu çox gözəl müğənnilərin ifasında dinləmişəm. Aranjiman etdirmişəm gözəl və oynaq mahnıdır mənə elə gəlir ki, inşallah təqdim ediləndən sonra bəyənəcəklər.

Fanatlarınız sizin üçün darıxıb. Konsert vermək barədə düşünmürsünüz?

-Düzdü. Hardasa konsert verilən məkan “İnstagram”da paylaşılır ona görə fanatlarım mənə yazırlar ki, sizi yalnız sosial şəbəkədə görürük. Amma konsert barədə hələ düşünmürəm, çünki mən çox solo konsertlər vermişəm. İnstrumental ifaçı kimi 9 konsert vermişəm bunlardan 6-sı Heydər Əliyev adına sarayda olub. Hal-hazırda ansambla bərabər repertuat üzərində çalışırıq. Yeni mahnılar yazılır, bilirsiniz ki, biz efirlərə canlı çıxırıq ona görə bunlar hamısı vaxt aparır.Şəxsi işlər də kənarda qalır sonra da yay gəldi. Yayda isə efirə çıxmağı xoşlamıram.

Efirdə vaxt görə biləcəyik?

-Oktyabrın 18-dən sonra işlərim hələlik bitəcək. Düşünürəm ki, hansısa verilişə çıxım. Həm də efirdə hər verilişə də çıxmaq olmur. Hərdən evdə olanda baxıram həm aparıcılar həm də dəvət etdikləri müğənnilər tərəfindən  o qədər hay-küy, söz-söhbət və lazımsız söhbətlər gedir ki, ona görə istəmirəm gedib həmin abu-havaya düşüm. Maraqlı həm söhbət olsun yoxsa alınmır. Aparıcılar efir vaxtından istifadə edib özlərini reklam edirlər, verilişin mövzusu qalır bir kənarda. Şükür ki, artıq nəzarət edilməyə başlanılıb, bu ünsürləri aradan götürürlər. Ona görə də hər kanal, hər veriliş bizim doğma məkanımızdır, hamısı ilə də işləmişik işləyəcəyik də.

Efirə çıxmaq üçün ilk nəzərdə tutduğunuz kanal var?

-Mənim üçün fərqi yoxdu. Hamısı mənim üçün əzizdir. Hər birinin mənim ürəyimdə yeri ayrıdır.

Gununsesi.info